Elektron Kredit Platforması üzərindən 13 milyon manat kredit verilib

Elektron Kredit Platforması üzərindən 13 milyon manat kredit verilib
  06 Avqust 2020    Oxunub:3806
Elektron Kredit Platforması sahibkarların kredit sifarişləri üçün əlverişli vasitədir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, məlumat verildiyi kimi, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün Elektron Kredit Platforması (www.e-edf.gov.az) yaradılaraq sahibkarların istifadəsinə verilib.

Avqustun 5-dək Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 630 milyon manat olan 2000-dən çox müraciət daxil olub. Artıq 98 müraciət üzrə ümumi həcmi 12,5 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.

Qeyd edək ki, biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə, həmçinin sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

Azvision.az


Teqlər: Nazirlik   Kredit  





Xəbər lenti