Maydanın ilk qurbanı erməni oldu
AzVision.az Ukrayna KİV-lərinə istinadla verdiyi məlumata görə, həmin şəxsin Dnepropetrovsk şəhərindən gələn milliyyətcə erməni, 22 yaşlı Sergey Niqoyan olduğu açıqlanıb.
Meydan hərəkatının fəal iştirakçısı, başından və boynundan yaralanan S. Niqoyan Ukrayna xəstəxanalarının birində dünyasını dəyişib. Məlumata görə o, Kiyevin “Dinamo” stadionun da 13 metr hündürlükdən yıxılıb. Ukrayna Daxili işlər Nazirliyi ölüm faktını təsdiqləyib. “5-ci Kanal”ın məlumatına görə ölən şəxsin snayperdən açılan atəş nəticəsində yerə yıxıldığı bildirilir.
Ölüm faktı ilə bağlı araşdırmalara başlanıb. Daxili İşlər Nazirliyinin istintaq-əməliyyat qrupu artıq hadisənin baş verdiyi əraziyə yollanıb. Nazirlik ölən şəxsin snayper tərəfindən vurulduğuna dair iddiaları rədd edir, bildirilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının hansı güllədən istifadə etdiyi meyitin müayinəsindən sonra bəlli olacaq.
Bu arada Ukrayna mətbuatı 20 -22 yaşlı daha bir nəfətin də öldüyü barədə məlumatlar yayıb.
AzVision.az