Gömrükdən gizlədilən siqaretlər aşkarlandı

  05 Avqust 2020    Oxunub : 3007
Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə tütün məmulatlarının ölkəyə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, hər üç fakt “Qırmızı Körpü” gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən ölkəmizə daxil olan “DAF”, “Mercedes-Benz 1840 LS” və “Mercedes-Benz Actros” markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 6160 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Gömrük   Siqaret   DGK