`Əsrin məhkəməsi`: Çıraqov Ermənistana qarşı - FOTO, VİDEO, EKSKLÜZİV

`Əsrin məhkəməsi`: Çıraqov Ermənistana qarşı - FOTO, VİDEO, EKSKLÜZİV
  22 Yanvar 2014    Oxunub:4515

Dinləmələrin videosunu BURADAN izləmək olar.

16.01:


Böyük palatada iclas zamanı Portuqaliya, Latviya və digər ölkələdən olan hakimlər hər iki tərəfə suallar verdilər.

Fasilədən sonra tərəflər həmin sualları cavablandırdılar. Məhkəmə cavablara qulaq asdıqdan sonra dinləmələrin başa çatdığını elan etdi.

Məhkəmə nə vaxt qərar verəcəyilə bağlı heç bir məlumat bildirməyib.



15.51:

Azərbaycanıni AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov
jurnalistlərlə söhbətində xatırladıb ki, şikayət 2005-ci ilin aprel ayında AİHM-ə göndərilib. 2007-ci ildə bununla bağlı Azərbaycan hökumətinə kommunikasiya olunub. Ondan sonra icraata başlanılıb:
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin insan hüquqları sahəsində təsdiq etdiyi Proqrama əsasən, qaçqın və məcburi köçkünlərin hüquqlarını beynəlxalq məhkəmələrdə müdafiə etmək üçün tədbirlər həyata keçirilib. Azərbaycan hökuməti bu işdə 3-cü tərəf kimi çıxış etməyə başlayıb. Bütün sənədləri topamışıq, zəruri tədbiləri görmüşük ki, AİHM-də Ermənistan tərəfindən Dağlıq Qarabağın və 7 ətraf rayonun işğal edlildiyini sübuta yetirək. Bu istiqamətdə biz artıq 7 ilə yaxındır çalışırıq.

- Burada əsas tələb ondan ibarətdir ki, Çıraqov və digərlərinin mülkiyyət hüququ bərpa olunsun?

- Əlbəttə. Buna nail olmaq üçün biz sübut etməliyik ki, məhz Ermənistan Respublikası həmin əraziyə görə məsuliyyət daşıyır və məhz Ermənistan Respublikasının qanunsuz hərəkətləri nəticəsində Çıraqov və digərlərinin insan hüquqları pozulub.

15.33:




“Məhkəmə iclasının gedişində gördük ki, ermənilər və erməni tərəfi bu iclasda yenə yalançı, hiyləgər siyasətini davam etdirərək, məhkəməni özünün müəyyən etdiyi prinsiplərdən çəkinməyə çağırdı. Dolayısı ilə özləri də etiraf etmiş oldular ki, onların əsgərləri Azərbaycan ərazilərində hərbi xidmət keçir. Oradakı hakimlər Ermənistanın qanunvericiliyi ilə işləyir və ümumiyyətlə, Ermənistan Respublikası Dağlıq Qarabağ üzərində hərtərəfli nəzarəti həyata keçirir. Və indi biz möhtərəm hakimlərdən gözləməliyik ki, onlar bunu başa düşüb, düzgün mövqe tutub, məcburi köçkünlərin haqlı mövqeyini dəstəkləsinlər”.
Bu sözləri Azərbaycanıni AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov jurnalistlərlə söhbətində deyib.

15.05:

İddiaçılar Akif Həsənov və Fəxrəddin Paşayev:








14.57:

Məhkəmə zalından görüntü: Azərbaycanın hüquqşünaslar komandası




14.43:

Digər iddiaçı Akif Həsənov deyib ki, haqq nazilər, amma üzülməz: “Biz on ildir nazilmiş, amma üzülməmiş haqqımızın müdafiəsi üçün buradayıq. Qüdrətli Allahın köməyilə, xeyirxah insanların bu illər ərzində apardığı ardıcıl, dönməz mübarizəsi nəticəsində ulu öndərimzin dediyi kimi, haqq, ədalət , zəfər çalacaq. Bunu iclasın gedişində də gördük. Ümidvaram ki, hər şey yaxşı nəticələcək.




***

14.32:


Laçından olan iddiaçı Fəxrəddin Paşayev deyib ki, onların vəkilləri kəskin çıxışları ilə məhkəməyə tutarlı sözlərini çatdırıblar. “Şahidi oldunuz ki, erməni tərəfin vəkilləri absurd fikirlər, böhtandan başqa tutarlı heç nə deyə bilmədilər. Azərbaycan tərəfi – Çingiz müəllim və onun komandası hadisələri, faktları çox kəskin şəkildə məhkəməyə çatdırdılar. Bu, özünü məhkəmə üzvlərinin verdiyi suallarda da göstərdi. Ermənistanı təmsil edən hakimdən başqa, digərlərinin verdiyi sualların əksəriyyəti ədalətli idi”,- deyə o, bildirib.



* * *

13.01:


- `Dağlıq Qarabağ rejimi Ermənistanın dəstəyi olmadan ayaq üstdə dura bilməzdi`. - Bu sözləri iclasda iddiaçı deyib. – `Ermənistanın DQ rejiminə yardımına dair tutarlı dəlillər var. Bu, Ermənistan prezidentinin Qarabağa 2012 və 2013-cü illərdəki səfərləri zamanı da bəyan edilib. Ermənistan rejimə hərbi, maddi və digər sahələrdə dəstək verir. Avropa İnsan Haqları Konvensiyasının əhatə etdiyi məkanda hüquqi boşluğun olmasına imkan vermək lazım deyil`.




* * *

12.53:


AzVision.az-ın onlayn rejimdə aldığı məlumata görə, prosesə Avropa İnsan Haqları Məhkəməsinin hakimi Din Spilman rəhbərlik edir.

İclasda 21 hakim, o cümlədən AİHM-in Azərbaycandan olan hakimi Xanlar Hacıyev və Ermənistandan olan hakimi Alvina Gülümyan da iştirak edirlər.

Azərbaycan tərəfini ölkəmizin AİHM yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, vəkil Malkolm Şou, hüquq məsləhətçiləri G.Lanski, O.Qvaladze, H.Tretter və xanım T.Urdaneta Uitrek təmsil edirlər.

Ermənistan tərəfini isə ölkənin AİHM yanında səlahiyyətli nümayəndəsi Q.Kostanyan, onun müavini E.Babayan, vəkil və məsləhətçilər G.Robertson, T.Kolinz, təmsil edirlər.

Dinləmələrə dair ən son məlumatlar və videolar AzVision.az saytında olacaq.

* * *

12.24:


Dinləmədə iştirak edən Azərbaycan Respublikasının Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun facebook səhifəsində yazdığı məlumata görə, məhkəmə artıq başlayıb: `Azərbaycan dövləti bu işdə maraqlı tərəf qismində iştirak edir. Ermənistanın işğalçı siyasətinə dair bütün sənədlər toplanıb və Avropa Məhkəməsinə təqdim edilib`.

* * *

Strasburqda, Avropa İnsan Haqları Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” adlı məhkəmə prosesi keçirilir.

İddianı Ermənistan hökumətinə qarşı Azərbaycanın Laçın rayonundan olan 6 nəfər qaldırıb. Onlardan ikisi – Fəxrəddin Paşayev və Akif Həsənov Strasburqdadırlar.

İddianın ingilis dilində olan variantı ilə BURADA tanış olmaq mümkündür.

İddiaçılar Qarabağ konflikti, onun hüquqi tərəfləri haqqında məlumatı Avropa İnsan Haqları Məhkəməsinin diqqətinə çatdırır, hansı şəraitdə yurd-yuvalarından didərgin düşdüklərini faktlar əsasında göstərirlər.






















Teqlər:  





Xəbər lenti