DSMF iki ildə qənaət etdiyi məbləği açıqladı

  04 Avqust 2020    Oxunub : 2909
DSMF iki ildə qənaət etdiyi məbləği açıqladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən iki il ərzində sosial sahədə aparılan şəffaflaşdırma tədbirləri nəticəsində tək pensiyaların nominal hissəsində indeksasiya rəqəmi tətbiq edilməklə 238 milyon manat qənaət əldə olunub.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, 2018-ci ildə bu rəqəm 25,6 milyon manat olub:

"2019-cu ildə 103,9 milyon, 2020-ci ildə isə 57 milyon manat həcmindədir. Bu, artan yekunla gedən rəqəmlərdir".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: ƏƏSMN   DSMF