Zaqatalada `UAZ` çaya düşdü- sürücü öldü

Zaqatalada `UAZ` çaya düşdü- sürücü öldü
  22 Yanvar 2014    Oxunub:1239
Zaqatalada “UAZ” markalı avtomobilin çaya aşması nəticəsində sürücü ölüb.
Zaqatalada rayon sakini Mollamuhuma Cərayevin idarə etdiyi “UAZ” markalı avtomobil çaya aşıb.

Sürücü hadisə yerində ölən, xəsarət alan sərnişinlər - arvadı Aşurə, həmkəndliləri Nurəddin Abdullayev və onun arvadı Ruqiyyət xəstəxanaya yerləşdiriliblər.

Gəncə şəhərinin Ş.İ.Xətai prospektində isə naməlum avtomobillə şəhər sakini Əntiqə Allahverdiyeva vurulub.

Piyada hadisə yerində ölüb.

Hadisəni törədən “Mercedes” markalı avtomobilin sürücüsü, şəhər sakini Tofiq Məmmədov Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti