Suriya XİN rəsmi görüşə gələ bilmədi

Suriya XİN rəsmi görüşə gələ bilmədi
  22 Yanvar 2014    Oxunub:999
Suriya XİN rəhbəri təyyarənin yubanmasına görə BMT baş katibi ilə görüşü buraxıb.
Suriyanın xarici işlər naziri Vəlid Müəllim göyərtəsində Dəməşq nümayəndə heyətinin olduğu təyyarənin Afina hava limanında yubanması səbəbindən BMT-nin baş katibi Pan Gi Munla görüşü buraxmalı olub. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş "Ceneverə-2" beynəlxalq konfransı ərəfəsində İsveçrənin Montrö şəhərində yanvarın 21-nə təyin edilib.

Məlumata görə, təyyarənin əlavə yanacaq doldurma ilə bağlı problemi olduğuna görə müvəqqəti olaraq Afina aeroportuna eniş edib. Təyyarə İsveçrəyə uçmamışdan öncə aeroportda 4 saat vaxt itirib.

Yunanıstanın rəsmi şəxsləri gecikməyə görə Suriya nümayəndə heyətindən üzr istəyiblər.

Qeyd edək ki, bəzi KİV-lər Yunanıstanın Suriya nümayəndə heyətinin təyyarəsinin Afinada yanacaq doldurmasına icazə verməməsi barədə xəbərlər yaymışdılar. Yunanıstan XİN bu məlumatı rəsmən təkzib edib.


Teqlər:





Xəbər lenti