Lənkəran məktəbində mina tapıldı

Lənkəran  məktəbində mina tapıldı
  21 Yanvar 2014    Oxunub:1063
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, mina Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən, Elman Məmmədov adına tam orta məktəbdə aşkarlanıb.
Dərhal nazirliyin xilasediciləri və mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri 187 şagird, 32 müəllim və 16 texniki işçini məktəb binasından təxliyə edib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 14:13-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti