Jirinovski yenə maraqlı təkliflə çıxış edib
O, Dumanın plenar iclasında təklifini səsləndirib.
“İndi bütün dünya piylənməyə qarşı mübarizə aparır. Biz vahid standart tətbiq etməliyik: 80 kiloqram. Bu çəkidən ağır deputatları vəzifəsindən azad etmək lazımdır”.
Deputat həmkarı Aleksandr Starovoytovun 98 kiloqram çəkiyə malik olduğunu eşidən Jirinovski ondan piyin “əritməyi” tələb edib. “Mən 108 kiloqram idim. İndi 98 kiloyam. İlin sonuna 90 olacam”- deyə partiya sədri həmkarına özünü nümunə göstərib.
Vüqar İsmayılov