Sabah `əsrin məhkəməsi`dir

Sabah `əsrin məhkəməsi`dir
  21 Yanvar 2014    Oxunub:951
Sabah Bakı vaxtı ilə saat 11:15-də Avropa İnsan Haqları Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” adlı məhkəmə dinləmələri başlayacaq.

İddianı Ermənistan hökumətinə qarşı Azərbaycanın Laçın rayonundan olan 6 iddiaçı qaldırıb. Onlardan ikisi – Fəxrəddin Paşayev və Akif Həsənov artıq Strasburqdadırlar.

İddia ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır.

İddianın ingilis dilində olan variantı ilə burada tanış olmaq mümkündür.

Məsələyə ilk dəfə 2010-cu il sentyabrın 15-də Avropa İnsan Haqqları məhkəməsinin böyük palatasında baxılmışdı. 2012-ci il yanvarın 9-da məhkəmə ilkin qərar çıxarıb. Qərarda göstərildi ki, 3 maddə üzrə Azərbaycandan olan digər məcburi köçkünlərin hüquqlarımız pozulur. Sabah məhkəmənin yekun iclası olacaq.


Teqlər:  





Xəbər lenti