Pozuntulara yol verən 53 bələdiyyə sədri cəzalandırıldı

 Pozuntulara yol verən 53 bələdiyyə sədri cəzalandırıldı
  30 İyul 2020    Oxunub:3199
Cari ilin birinci yarımildə Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, 41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb, 1 000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib.

Habelə qanunsuz verilmiş 3 500 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Azvision.az


Teqlər: Bələdiyyə  





Xəbər lenti