Suriya müxalifətində parçalanma başladı

Suriya müxalifətində parçalanma başladı
  21 Yanvar 2014    Oxunub:1090
Suriya müxalifətinin koalisiyası “Cenevrə 2” sülh danışıqlarına getməyə qərar verib. Suriya müxalifətinin danışıqlara getməklə bağlı qərarından sonra koalisiyadaxili çəkişmələr artıb.

AzVision.az əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, dünən Suriya müxalifətinin koalisiyası “Cenevrə 2” sülh danışıqlarına getməyə qərar verib.

Bunun ardından müxalifətdə yer alan Milli Şura etiraz edərək, koalisiyadan çıxmağa qərar verib. Bildirək ki, Suriyanın bariz müxalifətçisi Corc Sabranın başçılıq etdiyi Milli Şura koalisiyanın əsas qollarındandır və onun koalisiyadan çıxması müxalifətin durumunu daha da gərginləşdirəcək.

S. Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti