Terrorçular Putinə: “Sizə “hədiyyəmiz” olacaq”

Terrorçular Putinə: “Sizə “hədiyyəmiz” olacaq”
  21 Yanvar 2014    Oxunub:1010
Volqoqradda kamikadzelər vasitəsilə törədilən və azı 34 nəfərin ölümünə səbəb olan iki terror aktının arxasında duran islamçı qruplaşma Soçi Olimpiadasını hədələyən video-müraciət yayıb.

Qeyd edək ki, terror aktına görə məsuliyyəti İraqdakı radikal islamçı qruplaşma “Ənsar əs-Sünnə” öz üzərinə götürüb.

Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış xəbərdarlıqda naməlum şəxs rus dilində deyir: “Əgər siz Olimpiada keçirsəniz bizdən hədiyyə alacaqsınız... siz və olimpiadaya gələn bütün turistlər”.

“Bu dünyada, istər Əfqanıstanda, istər Somalidə, istərsə də Suriyada hər gün qanı tökülən bütün müsəlmanların intiqamı üçündür”-deyə qruplaşma üzvü bildirib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti