Bakıya yeni su kəməri çəkiləcək, 10 anbar tikiləcək

 Bakıya yeni su kəməri çəkiləcək, 10 anbar tikiləcək
  27 İyul 2020    Oxunub:2693
“Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ilin avqust–dekabr aylarında III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirmə həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin 27 iyul 2020-ci tarixli sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Azərbaycanda yeni su anbarları da yaradılacaq. Lağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarları aşağıdakılardır:

1. Əlicançay su anbarı

2. Qudiyalçay su anbarı

3. Vəlvələçay su anbarı

4. Qaraçay su anbarı

5. Qusarçay su anbarı

6. Ağsuçay su anbarı

7. Türyançay su anbarı

8. Yengicə su anbarı

9. Viləşçay su anbarı

10. Zəyəmçay su anbarı.

“Azmelsutəsərrüfat” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-2021-ci illərdə ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsini təmin etməlidir.

Azvision.az


Teqlər: Çay   Su  





Xəbər lenti