FHN intiharın qarşısını alıb

FHN intiharın qarşısını alıb
  20 Yanvar 2014    Oxunub:1390
Fövqəladə Hallar Nazirliyinin saytında yayımlanan xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil məlumat daxil olub. Məlumatda deyilirmiş ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində 1 nəfər kişi intihar etmək məqsədi ilə ağaca çıxıb.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və görülmüş tədbirlər nəticəsində intiharın qarşısı alınıb.
Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:57-də başa çatıb.


Teqlər:





Xəbər lenti