Suriyada daha iki azərbaycanlı öldürülüb - FOTO

Suriyada daha iki azərbaycanlı öldürülüb - FOTO
  20 Yanvar 2014    Oxunub:1138
Suriyada daha iki Azərbaycan vətəndaşı öldürülüb.
Bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, “Əl-Nüsra Cəbhəsi” sıralarında Bəşər Əsədə qarşı vuruşan, Azərbaycanın Qusar rayonundan olan “Seyfullah ləzgi” ləqəbli mücahid dünən, 18 yaşlı Nicat adında azərbaycanlı isə bir neçə gün əvvəl hökumət qüvvələri tərəfindən öldürülüb.

“Seyfullah ləzgi” ləqəbli Azərbaycan vətəndaşının əsl adı və fotosu isə yoxdur. Onun bundan əvvəl döyüşlərdə bir neçə dəfə yaralandığı da qeyd olunur.

Mücahidlərin yazdığına görə, döyüşlərdə həlak olan Nicat isə ötən il tələbə adını qazanıb, elə birinci kursda oxuyarkən Suriyaya yollanıb. Mücahidlər onun fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.(apa)



Teqlər:  





Xəbər lenti