Marqvelaşvili Bakıya yox, Ankaraya getdi

Marqvelaşvili Bakıya yox, Ankaraya getdi
  20 Yanvar 2014    Oxunub:1082
Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün Türkiyəyə rəsmi səfər edib. AzVision.az-ın G.Marqvelaşvilinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər Türkiyə prezidenti Abdulla Gülün dəvəti ilə baş tutub.

Ölkə başçısı səfər proqramına Anıt qəbiri ziyarət etməklə başlayacaq. Daha sonra Marqvelaşvili Abdulla Güllə təkbətək görüşəcək və bundan sonra iki ölkə başçıları mətbuat konfransı keçirəcəklər.

Daha sonra Gürcüstan prezidentinin baş nazir Rəcəp Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəklə görüşü nəzərdə tutulub.

Marqvelaşvili Türkiyə səfəri çərçivəsində gürcü diasporunun nümayəndələri ilə də görüşəcək.

Bu, 17 oktyabrda Gürcüstanda keçirilən prezident seçkilərində qalib gələn G.Marqvelaşvilinin bu səfəri onun ilk rəsmi ziyarətidir.

Qeyd edək ki, Marqvelaşvilinin ilk rəsmi səfərini Azərbaycana edəcəyi gözlənilirdi. Hətta gürcü prezidentin ötən ilin sonunda Bakıya gələcəyi planlaşdırılsa da sonradan bu səfər təxirə salındı.

Qeyri-rəsmi məlumatlara görə, Marqvelaşvili yanvarın sonunda Azərbaycana səfər edəcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti