Naxçıvanda 6 ayda 352 yeni iş yeri açılıb

Naxçıvanda 6 ayda 352 yeni iş yeri açılıb
  21 İyul 2020    Oxunub:3720
"Muxtar respublikada bu ilin birinci yarısında iqtisadi fəaliyyətin müxtəlif sahələrində 12-si özəl investisiyalı olmaqla 81 istehsal və xidmət sahəsi istifadəyə verilib. Yeni yaradılan sahələrdə 352 iş yeri açılıb".
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev deyib.

Nazir bildirib ki, hazırda müxtəlif xidmətlər üzrə 38 sahənin yaradılması davam etdirilir.

"Cari ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 62 layihənin maliyyələşdirilməsinə 7 milyon 42 min manatdan çox güzəştli kredit ayrılıb ki, bunun da 6 milyon 236 min manatı sənayenin, 806 min 500 manatı kənd təsərrüfatının payına düşüb. Sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlаrının müdаfiəsi daim diqqətdə saxlanılıb, xüsusi fəaliyyət növləri üzrə 748 lisenziya, dəyəri 652 min 200 manat olan layihəyə təsdiqedici sənəd verilib. Həmçinin ixracın təşviqi və sənaye məhsullarının ixracı zamanı çəkilən xərclərin bir hissəsinin qaytarılması mexanizmi çərçivəsində yerli ixracatçılara 11 ixrac əməliyyatı üzrə 21 min 150 manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilib".

T.Əliyev qeyd edib ki, ötən dövrdə 27 heyvandarlıq təsərrüfatının yaradılması, 14 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, tutumu 2700 ton olan 2 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib:

"Muxtar respublikada istehsal olunan vafli məhsulları, tütün məmulatları, sement, travertin, mərmər, mebel məmulatları, mineral sular 11 ölkəyə ixrac olunub. Ənənəvi ixrac bazarları ilə yanaşı, muxtar respublikada fəaliyyət göstərən şirkətlər tərəfindən Oman Sultanlığı, Belçika Krallığı kimi ölkələrə də məhsul ixrac edilib, ərzaq məhsulları nüfuzlu beynəlxalq qida sərgilərində nümayiş olunub".

Azvision.az


Teqlər: Naxçıvan   İqtisadiyyat   Nazir  





Xəbər lenti