Şəhidlər Xiyabanında hazırlıq işləri yekunlaşıb

Şəhidlər Xiyabanında hazırlıq işləri yekunlaşıb
  20 Yanvar 2014    Oxunub:1048
Şəhidlərin ruhunu yad etmək üçün həm bölgələrdən, həm də xarici ölkələrdən azərbaycanlılar gəlib.
AzVision.az xəbər verir ki, 20 yanvar faciəsinin 24-cü il dönümü ilə əlaqədar Şəhidlər xiyabanında artıq hazırlıq işləri yekunlaşıb. Xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət kompozisiya da artıq hazırdır. Gül kompozisiyaları həm Şəhidlər Xiyabanının girişində, həm də xiyaban boyunca bir neçə yerdə quraşdırılıb. Xiyabanın girişində qərənfillərdən ibarət 20 yanvar sözləri də yazılıb. Artıq bu gündən Şəhidlər Xiyabanında insan axını müşahidə olunur. Sabahki günün izdihamlı olacağının nəzərə alan valideynlər öz ailəsi və övladları ilə bura üz tutublar. Gələnlər isə baş daşlarına al qərənfillər düzür, şəhidlərin ruhuna dualar oxuyur, 20 yanvar qurbanlarını yaxınları isə baş daşı şəkli üzərində hönkür-hönkür ağlayır.

Şəhidlərin ruhunu yad etmək üçün həm bölgələrdən, həm də xarici ölkələrdən azərbaycanlılar gəlib.

20 yanvar günü Şəhidlər Xiyabanına ziyarətə gələnlərin sayının çoxluğu nəzərə alınaraq paytaxtın bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkətində məhdudiyyətlər da qoyulacaq. Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən verilən məlumata görə sabah saat 08: 00- dan mərasim başa çatanadək Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

anspress.com


Teqlər:





Xəbər lenti