Tərtərdə minik maşını sərnişin avtobusu ilə toqquşub

Tərtərdə minik maşını sərnişin avtobusu ilə toqquşub
  20 Yanvar 2014    Oxunub:1161
Tərtərdə minik maşını sərnişin avtobusu ilə toqquşub.
AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə Tərtər rayonunun Sarıcalı kəndində baş verib.

Şahidlərin sözlərinə görə, 10 LZ 711 nömrə nişanlı, “VAZ-2107” markalı minik maşını yanacaqdoldurma məntəqəsinə dönərkən qarşıdan gələn 10 TG 637 nömrə nişanlı avtobusla toqquşub.

Tamamilə yararsız vəziyyətə düşən “VAZ-2107”-nin sürücüsü Mobil Dadaşov ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

MRX-nın həkimi Nazim Səfərovun sözlərinə görə, vəziyyəti orta ağırdır.

Avtobusun sürücüsü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti