Bəşər Əsəd seçkidə iştirak edəcəyini rəsmən açıqladı
“Əgər təslim olmaq istəsəydik, lap əvvəldən təslim olardıq. Biz Vətənin keşiyindəyik. Bu məsələ diskussiya mövzusu deyil. Kimin seçkidə iştirak etməli olduğunu yalnız Suriya xalqı təyin edə bilər”, - deyə Bəşər Əsəd bəyan edib.
Bəşər Əsədin fikrincə, prezident seçkilərində müxalifət nümayəndələri də iştirak etməlidirlər: “Onlar bəyan edirlər ki, Suriya ərazisinin 70 faizini azad ediblər. O zaman niyə seçkidə iştirak etməsinlər və bu 70 faizin dəstəyinə arxayın olmasınlar”.