İnək Gəncə maşın bazarını ayağa qaldırdı

İnək Gəncə maşın bazarını ayağa qaldırdı
  19 Yanvar 2014    Oxunub:1465
İnək Gəncənin avtomobil bazarını bir-birinə qatıb.
Bu gün Gəncənin avtomobil bazarında qəribə hadisə yaşanıb. AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bazara girən inək avtomobillərin və insanların üzərinə hücum çəkib. Satıcı və alıcılar təşvişə düşərək, ərazidən qaçmağa başlayıb. Hərəkətdə olan iribuynuzlu heyvan 5 avtomobilə zərər vurub.

Bazara polis, Baytarlıq İdarəsinin əməkdaşları və digər aidiyyatı qurumların nümayəndələri cəlb olunub. Heyvanı zərərsizləşdirmək mümkün olub.

İnəyin kimə məxsus olduğu və əraziyə necə gəldiyi araşdırılır.


Teqlər:





Xəbər lenti