`Əl-Cəzirə` 20 Yanvardan yazdı

`Əl-Cəzirə` 20 Yanvardan yazdı
  19 Yanvar 2014    Oxunub:1165
Səudiyyə Ərəbistanın nüfuzlu ”Əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar material dərc olunub.

AzVision.az xəbər verir ki,Səudiyyə Ərəbistanında geniş oxucu auditoriyasına malik olan ”Əl-Cəzirə” qəzetinin 18 yanvar tarixli nömrəsində 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyin pres-relizi dərc olunub.

Pres-relizdə, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən kecə keçmiş Sovet rejiminin qoşunlarının erməni quldur dəstələri ilə birlikdə Bakıya yeridilərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğının törədildiyi qeyd olunub.

Məlumatda, hələ 1988-ci ildən başlayaraq keçmiş Sovet İttifaqı kommunist partiyasının rəhbərləri tərəfindən ermənilərin dəstəklənməsi və Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistana birləşdirilməsi istiqamətində cəhdlər göstərildiyi vurğulanıb.

Materialda 20 Yanvar və ölkəmizin tarixində ondan əvvəlki faciəli hadisələrin xalqımıza qarşı düşünülən siyasətin növbəti təzahürü olduğu, habelə Sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin bir mərhələsi olduğu barədə məlumatlar da öz əksini tapıb.

Bildirilib ki, 1990-cı ilin 20 yanvar qığını Azərbaycan xalqı üçün faciəli olmasa da, xalqımızın milli azadlıq uğrunda əzmini qıra bilməmiş və 1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə edilməsinə yol açıb.


Teqlər:





Xəbər lenti