Vatikanda uşaqbazlıq qalmaqalı

Vatikanda uşaqbazlıq qalmaqalı
  19 Yanvar 2014    Oxunub:1294
AzVision.az xəbər verir ki, 2011-2012 illər ərzində uşaqbazlıq şübhəsi altında Vatikanda 400 rahib tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu 2008-2009-cu illərlə müqayisədə iki dəfə çoxdur.

Associated Press Agentliyin məlumatına görə Vatikan əvvəllər yalnız Katolik rahiblərinin iddia edilən uşaqbazlıq hallarını ictimayiləşdirərdi.

Qeyd edək ki, bundan əvvəl Vatikan Uşaq Hüquqları haqqında Konvensiyasının altında ola biləcək öhdəliklərini təsdiq edib. Cenevrədə BMT-nin ofisində Vatikanın daimi müşahidəçi arxiyepiskop Silvano Tomasi uşaqlara qarşı zorakılığın heç bir bəhanəsi ola bilməyəcəyini qeyd edərək, Müqəddəs Taxtın şübhəli bilinən Katolik rahiblərin qalmaqaldan kənarlaşdırmaq cəhdinin olduğu barədə məlumatları təkzib etdi.

Xatırladaq ki, son illər ərzində Müqəddəs Taxt dəfələrlə rahiblərin aşkar olunan uşaqbazlıq faktlarına qeyri-adekvat reaksiya verdiyi üçün tənqid obyektinə çevrilib. Hətta bəzi ictimai təşkilatların nümayəndələri birbaşa olaraq Papa XVI Benedikt və Roma məhkəmə sisteminin əsaslı nümayəndələrini bu tip cinayətləri susdurmaq və onların istintaqının qarşısını almaqda günahlandırıb.


Teqlər:  





Xəbər lenti