Mənzildə 74 yaşlı qadının meyiti tapılıb

Mənzildə 74 yaşlı qadının meyiti tapılıb
  19 Yanvar 2014    Oxunub:1247
Bakıda mənzildə 74 yaşlı qadının meyiti tapılıb.
Bakı sakini mənzilində ölü tapılıb.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda 1939-cu il təvəllüdlü Maya Məmməd qızı Rəsulova mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin eyvanındakı dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsmiş və içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində M.Rəsulovanın vəfat etdiyi müəyyən edilib.


Teqlər:





Xəbər lenti