Azərbaycanda axtarışda olan Dubayda tapıldı

Azərbaycanda axtarışda olan Dubayda tapıldı
  18 Yanvar 2014    Oxunub:1340
Azərbaycanda axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutulub.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə axtarışda olan Dəyanət İsmayılov İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərində tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, onun ekstradisiya olunması üçün tədbirlər görülür.


Teqlər:





Xəbər lenti