Gəncədə intihara cəhdin qarşısı alınıb

Gəncədə intihara cəhdin qarşısı alınıb
  18 Yanvar 2014    Oxunub:1707
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 50 yaşlı şəhər sakini Ayaz Hüseynov Ruzigar Qasımov küçəsində yüksək gərginlikli elektrik xəttini daşıyan dirəyə dırmaşıb.

40 metr yüksəklikdən özünü atmaq istəyən şəxsə əvvəlcə əraziyə toplaşanlar mane olmağa çalışıb. Daha sonra isə hadisə yerinə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri və DYMİ-nin əməkdaşları cəlb olunub. İntihar etmək istəyən şəxslə psixoloq söhbət etdikdən sonra onu fikrindən daşındırmaq mümkün olub. Eletrik dirəyindən düşməyə razı olan Ayaz Hüseynov evinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti