Agentliyə 3853 müraciət daxil olub

Agentliyə 3853 müraciət daxil olub
  10 İyul 2020    Oxunub:3209
2020-ci ilin 6 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı və digər məsələlərlə bağlı 3 853 müraciət daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, müraciətlərin 2 716-sı elektrik enerjisi, 512-i təbii qaz təchizatı, 625-i isə digər məzmunlu məsələləri əhatə edib. Bu müraciətlərdən 215-ni qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib.

Müraciətlər əsasən enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji və qaz təchizatında yaranan fasilələr, qazlaşdırma, borc və cərimələr, qaz sızması, sayğaclaşdırma, istilik təchizatı, işlə təminat və digər məsələləri əhatə edib.

Bu dövr ərzində 3 203 müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Hesabat dövründə həmçinin Energetika Nazirliyinin Facebook səhifəsi vasitəsilə 50-dən çox müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular operativ qaydada cavablandırılıb, şikayət tipli müraciətlər isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən aidiyyəti üzrə araşdırılaraq icrası təmin edilib və vətəndaşa cavab göndərilib.

Azvision.az



Teqlər: Sayğac  





Xəbər lenti