Şura sədri Prezidentə təşəkkür etdi

Şura sədri Prezidentə təşəkkür etdi
  18 Yanvar 2014    Oxunub:1080
`İctimai iştirakçılıq haqqında` Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı 16 yanvar 2014-cü il tarixli fərman cəmiyyətimiz və dövlətimizin həyatında olduqca mühüm hadisədir. Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektorunun təmsilçiləri adından Cənab Prezidentə dərin təşəkkürümü bildirmək istəyirəm`.
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin Prezident İlham Əliyevə yazdığı məktubdandır.

`Hesab edirəm ki, Cənab Prezidentin dəstəyilə yüksək demokratik prinsiplər və beynəlxalq standartlar səviyyəsində hazırlanmış bu qanun Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində fəal iştirakını təmin edən çox mühüm bir sənəddir. İmzalanan bu qanun indiyə kimi Azərbaycanda həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət - vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Fərmanda müəyyən edildiyi kimi, qanunun 1.0.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidentinin həyata keçirməsi məhz Cənab Prezidentin bu qanunun tətbiqindən çox ciddi ictimai-siyasi nəticələr gözlədiyinin və buna böyük inam bəslədiyinin bariz göstəricisidir.
Bu inam və etimada görə Cənab Prezidentə bir daha öz dərin minnətdarlığımızı bildirir və əmin etmək istəyirik ki, vətəndaş cəmiyyəti institutları ölkəmizin inkişafı naminə həyata keçirdiyi bütün islahatlarda Cənab Prezidenti dəstəkləyəcək və Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi üçün səy və bacarıqlarını əsirgəməyəcəklər`,- deyə Azay Quliyev bilirib.



Teqlər:





Xəbər lenti