Energetika Nazirliyi 119 icazə verib

  08 İyul 2020    Oxunub : 1525
Energetika Nazirliyi 119 icazə verib
2020-ci ilin ikinci rübündə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 59 icazə verilib.
Azvision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlardan 58-i ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixracı ilə bağlı olub. Bu dövrdə 29 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə isə bu ilin 6 ayı ərzində ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 119 icazə verilib. Onlardan 110-u ixrac nəzarətinə düşən malların idxalı, 7-si ixracı, 2-si isə tranziti ilə bağlı olub.

Yarımildə 87 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Azvision.az

Teqlər: Energetika