Dollara tələb artıb

  07 İyul 2020    Oxunub : 2298
Dollara tələb artıb
Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Azvision.az Mərkəzi Banka istinadən xəbər verir ki, ABŞ dollarına tələb iyulun 2-nə nisbətən 0,7 milyon ABŞ dolları və yaxud, təxminən, 1,3% artaraq 53,8 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunub ki, tələb tam ödənilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Azvision.az

Teqlər: Dollar