Naxçıvanda bu dəfə də borcu olan tapılmadı - CƏDVƏL

 Naxçıvanda bu dəfə də borcu olan tapılmadı -  CƏDVƏL
  04 İyul 2020    Oxunub:14346
Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin iyun ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin iyun ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Bildirilib ki, iyun ayında texniki itki nəzərə alınmaqla daxil olan 36 milyon 308 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 69 min 100 manat olmuş, cəmi 3 milyon 72 min 100 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,1 faizini təşkil edir.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Elektrik   Təbii-qaz  





Xəbər lenti