İşçi Qrupu: 563 narkoman QİÇS-ə yoluxub

  03 İyul 2020    Oxunub : 1925
  İşçi Qrupu:  563 narkoman QİÇS-ə yoluxub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli 21 nömrəli qərarı ilə ölkəmizdə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib. Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib.
Azvision.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda qeyd olunub.

Bildirilib ki, hazırda Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 4 məntəqədə proqram çərçivəsində 563 xəstə müalicə alır. Onlardan RNM-də 155 nəfəri, 335 nəfəri QİÇS-lə Mübarizə Mərkəzində, Sumqayıt şəhər Rayonlararası Narkoloji dispanserdə 73 nəfərdir.

Azvision.az

Teqlər: Narkoman   Müalicə