Deputat banklarla bağlı problemin səbəbini açıqladı

  03 İyul 2020    Oxunub : 1495
Deputat banklarla bağlı problemin səbəbini açıqladı
"Lisenziyası geri alınan "NBC Bank"dakı blok olunmuş əmanətlər ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq bidirmək istərdim ki, həmin vəsaitlərin əmanətçilərə qaytarılması üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən hüquqi proseduraların sürətləndirilməsi məqsədəuyğun olardı".
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycan Mərkəzi Bankı 2020-ci il yanvarın 27-dən etibarən "NBC Bank"a əmanət qəbulunu qadağan edib:

"Amma Mərkəzi Bank cəmiyyətdə həmin banka olan inamı azaltmamaq üçün bu barədə o zaman xüsusi açıqlama verməyib. Bununla belə, bank rəhbərliyi qadağaya baxmayaraq, əmanət qəbul etməkdə davam edib. Nəticədə, bank müflis olandan sonra həmin əmanətlər “bloka alınıb”. Birmənalı şəkildə, burada heç bir əmanətçinin günahı yoxdur, əksinə bu problem bankların idarəedilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı məsələni bir daha da aktuallaşdırır. Rusiyada olduğu kimi bizdə də bank rəhbərləri üçün məsuliyyətin artırılmasına ehtiyac var. Bütövülükdə, Əmamətlərin Sığortalanması Fondunun mövqeyi təqdirəlayiqdir və blok olunmuş əmanətlərin bu məsələdə heç bir günahı olmayan vətəndaşlara daha qısa zamanda qaytarılmasına nail olunmasına ehtiyac var".

Azvision.az

Teqlər: Bank   NBC