İranla Araz Su Anbarının su bölgüsü müəyyənləşdirilib

   İranla Araz Su Anbarının su bölgüsü müəyyənləşdirilib
  25 İyun 2020    Oxunub:3355
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-də Azərbaycan-İran Birgə Komissiyasının 49-cu görüşü videokonfrans şəklində keçirilib.
ASC-dən Azvision.az -a verilən məlumata görə, ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 49-cu görüşü koronavirus pandemiyası ilə əlaqədar “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”da videokonfrans şəklində keçirilib.

Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri - Əjdər Cavadov və Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Asif Verdiyev və “Azərenerji” ASC-nin nümayəndəsi Əli Yusifov iştirak ediblər.

Videokonfransda bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz Su Anbarının 2020-ci il üçün iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su sərfinin ölçülməsi qrafiki təsdiq edilib, Araz çayının su ehtiyatlarının qiymətləndirilməsi, idarə edilməsi və su bölgüsünün optimallaşdırılması məqsədilə avtomatik idarəetmə sisteminin yaradılması sahəsində aparılan işlərin sürətləndirilməsi və digər məsələlərə baxılıb.

Azvision.az



Teqlər: Araz   Su   İran  





Xəbər lenti