“2015-ci ilə yaxşı hazırlaşmalıyıq” - Ərdoğan
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan səfirlərin konfransında erməni soyqırımından danışıb.
“Gələn il erməni olaylarının 100-cü ili olacaq. Erməni diasporası bunun üçün qara propoqandaya başlayacaq. Buna görə də 2015-ci ilə yaxşı hazırlaşmağımız lazımdır”.
Daha sonra çıxışna davam edən nazir qeyd edib ki, dünyadakı hər bir dövlətin sərhədlərinə və daxili işlərinə sonsuz hörmətləri var ancaq fiziki sərhədlərin içinə insani və vicdani duyğularının xüsusilə də xarici siyasəti həbs edə bilmərik. Daha 100 il əvvəl iç-içə yaşadığımız xalqlara qarşı biganə ola bilmərik.
AzVİsion.az