Almaniyada TRT-in yayımı dayandırıldı

Almaniyada TRT-in yayımı dayandırıldı
  15 Yanvar 2014    Oxunub:1007
Almaniyanın ən böyük kabel televiziya şirkətlərindən biri olan “Unitymedia” TRT-ni yayım siyahısından çıxarıb. AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb şirkətin yayımı davam etdirmək üçün TRT-dən 300 min avro pul istəməsi olub. Belə ki, şirkət pulu istədikcə, TRT bu məbləği ödəməkdən imtina edib. Buna görə də, şirətin yayım siyahısından kanalın adı çıxarılıb.

Eyni zamandan Almaniyanın Köln şəhərində yaşayan türk vətəndaşlar TRT-ə etiraz məktubu yazıblar. Onlar TRT-nın yenidən kabel televiziyada yayımlanmasını istəyiblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti