“Ovçu”da qanunsuz silahlar tapılıb

“Ovçu”da qanunsuz silahlar tapılıb
  15 Yanvar 2014    Oxunub:4243
Yasamal rayonunda yerləşən “Ovçu” mağazasının anbarından müvafiq sənədləri olmayan odlu silah və vasitələri aşkar edilərək götürülüb.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu Ş.Qurbanov küçəsində yerləşən “Ovçu” mağazasının anbarına baxış keçirilib.

Keçirilən baxış zamanı mağazanın müdiri, Bakı şəhər sakini Dəyanət İbrahimova və satıcısı Qiyas Zeynalova məxsus qanunsuz saxladıqları 1 ədəd üzərində nişangahı olan “Tiqr” markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş içərisində 5 ədəd patron olan daraq, 1 ədəd üzərində nişangahı olan “Walter” markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş 349 ədəd patron və 1 ədəd nişangah aşkar edilərək götürülüb.


Teqlər:  





Xəbər lenti