“New York Times” Vüqar Həşimovdan yazdı

“New York Times” Vüqar Həşimovdan yazdı
  15 Yanvar 2014    Oxunub:1067
Amerikanın nüfuzlu qəzetlərindən olan “New York Times” yanvarın 11-də dünyasını dəyişən azərbaycanlı qrossmeyster Vüqar Həşimova məqalə həsr edib.
Nəşr xüsusilə Həşimovun 2009-cu ildə Avropa Çempionatında Azərbaycanın qalib gəlməsindəki xidmətlərini, həm də onun müstəsna istedadını və yüksək nailiyyətlərini qeyd edib.

“Azərbaycanlı qrossmeyster Vüqar Həşimov son 10 ilin ən güclü şahmatçılarından biri olmaqla bərabər 2009-cu ildə ölkəsinin Avropa birinciliyində qələbə qazanmasında böyük rol oynayıb. Vüqar cümə günü beynindəki bədxassəli şişlə əlaqədar müalicə aldığı Almaniyada vəfat edib. Onun 27 yaşı var idi”.

“Azərbaycanın zəngin şahmat keçmişi var. Keçmiş Dünya çempionu, bütün dövrlərin ən güclü şahmatçılarından Harri Kasparov da əslən Bakıdandır. Hazırda Azərbaycanın şahmat irsini, dünya reytinqində 34-cü pilləni tutan Teymur Rəcəbov və sürətli şahmat üzrə dünya çempionu (dünya reytinqində 12-ci) Şəhriyar Məmmədyarov qoryur.

“Vüqar Həşimov çox tez bir zamanda ümidləri doğrultdu. Hələ 10 yaşındaykən o, İspaniyanın Menorke şəhərində keçirilən Yeniyetmələr arasında Dünya Çempionatında gümüş medal aldı. Sonra 1996-cı ildə Beynəlxalq səviyyəli usta statusunu qazandı. 2002-ci ildə isə fəxri qrossmeyster oldu. Vüqar Həşimov həmyerliləri – 26 yaşlı Teymur Rəcəbov, 28 yaşlı Şəhriyar Məmmədyarov ilə birlikdə Azərbaycan yığmasının təhlükəli rəqib olduğunu sübut edib. Uzun illər onlar müxtəlif beynəlxalq turnirlərin, o cümlədən 2002, 2004, 2006 və 2008-ci illərdə keçirilən şahmat olimpiadalarında qızıl medala əsas namizədlərdən olublar”.

“Komanda daxilində uğurlarla yanaşı, Həşimov fərdi yarışlarda da bir çox uğurlar qazanıb. O 2008-ci ildə Fransada Kappel-la-Qrande və 2011-2012-ci illərdə İtaliyada keçirilən Recio Emiliya turnirlərində ilk yerin sahibi olmuşdu. 2009-cu ilin noyabrında Vüqar dünya şahmat reytinqinin 6-cı, 2010-cu ilin yanvarında isə 10-cu pilləsində qərarlaşmışdı. Bundan sonra ağır xəstəlik onu şahmatdan uzaqlaşmağa vadar etdi. Oyunçu kimi Həşimov taktiki baxımdan aqressiv idi və tez-tez Benoni Müdafiəsi kimi açıq gedişlərdən istifadə etməklə rəqiblərini çətin vəziyyətə salırdı.

“Gənc qrossmeyster Vüqar Həşimovun ölüm xəbərindən sonra dünyanın müxtəlif guşələrindən onun istedadının pərəstişkarlarından baş sağlıqları verilməyə başladı. Azərbaycanlı şahmatçının sonuncu turniri olan Hollandiyadakı Tata Steel turnirinin iştirakçısı, hazırda Dünyan şahmat reytinqində 3-cü pillədə qərarlaşan amerikalı Hikaru Nakamura öz Twitterində Həşimov barədə yazıb.

“Çox maraqlı və kreativ oyunçu idi. Onun oyunları (xüsusən Benoni ) heç zaman unudulmayacaq.”

Xatırladaq ki, Vüqar Həşimovun cənazəsi 3-cü Fəxri Xiyabanda torpağa tapşırılıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti