Mərkəzi Bank 100 milyon manat cəlb edir

Mərkəzi Bank 100 milyon manat cəlb edir
  19 İyun 2020    Oxunub:2505
İyunun 22-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AMB-dən Azvision.az -a bildirilib ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,51-6,99 faiz təşkil edir.

Azvision.az



Teqlər: Mərkəzi-Bank  





Xəbər lenti