Ermənistanda mənşəyi bilinməyən xəstəlik yayılıb

Ermənistanda mənşəyi bilinməyən xəstəlik yayılıb
  14 Yanvar 2014    Oxunub:1200
Gümrüdə epidemiya halını alan xəstəliyin nə olduğu hələlik bilinmir.
Gümrüdə artıq 20 ailə nə olduğu bilinməyən yoluxucu xəstəliyə tutulub.

Azvision.az bu barədə erməni mətbuatına istinadla məlumat verir. Gümrünün “ Şirak mərkəzinin direktoru Vaan Tumasyanın sözlərinə görə, xəstəliyə tutulanların bədənində səpki və yaralar əmələ gəlib.

Hazırda xəstəliyin yaranma səbəbləri ən əsası isə nə olduğu araşdırılır. Hələlik ekspertlər xəstəliyin səbəblərini sözügedən ərazidə yaşayanların acınacaqlı həyat şəraiti ilə izah edirlər.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti