Qəbələ Cümə məscidində seminar keçirilib

Qəbələ Cümə məscidində seminar keçirilib
  13 Yanvar 2014    Oxunub:1301
Qəbələ şəhərindəki Cümə məscidində növbəti seminar keçirilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, yerli dini icma rəhbərlərinin, dindarların, ilahiyyatçıların və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şimal-qərb bölgəsi üzrə şöbəsinin nümayəndəsi Mehman İsmayılov və Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi, ilahiyyat elmləri doktoru Əhməd Niyazov çıxış ediblər.

Seminarda dini radikalizm və onun fəsadları, onlara qarşı aparılan mübarizə tədbirləri barədə danışılıb.

Sonra İslam dininə aid bəzi məsələlər müzakirə edilmiş, dini qaynaqlar olan ayə və hədislərin düzgün anlaşılmasına dair söhbətlər aparılıb.


Teqlər:





Xəbər lenti