Bakıda 26 yaşlı gənc başından güllələnib

  12 Yanvar 2014    Oxunub:1116
AzVision.az xəbər verir ki,Bu gecə Bakının Nəsimi rayonunda qətl törədilib. Minval.Az-ın sosial şəbəkələrə istinadən verdiyi məlumata görə, axşam saat 22:00 radələrində metronun "20 yanvar" stansiyasının yaxınlığında 26 yaşlı gənc başına açılan atəşlə öldürülüb.

Hadisə, Velotrekin ətrafında yerləşən bir kafenin yaxınlığında baş verib. Cinayətdən bir müddət öncə öldürülən gənc naməlum şəxslərlə həmin kafedə olub. Onların kafeni tərk etməsindən 30-40 dəqiqə sonra güllə səsləri eşidilib. Kafenin işçiləri polisə məlumat veriblər.

Polis öldürülən şəxsin kimliyini müəyyən etməyə nail olub. Verilən məlumata görə, qətlə yetirilmiş şəxs əvvəllər narkotik ticarətinə görə həbsdə olub.

Cinayət hadisəsi ilə bağlı istintaq araşdırması başladılıb.

Teqlər:

Xəbər lenti