Komada olan jurnalistin qardaşı prezidentə təşəkkür etdi

Komada olan jurnalistin qardaşı prezidentə təşəkkür etdi
  12 Yanvar 2014    Oxunub:1616
İlham Əliyevə müraciətdən sonra jurnalistlə bağlı ciddi tapşırıq verildi. Səhiyyə nazirinin müavini Sahib İslamova baş çəkəcək.

AzVision.az xəbər verir ki, iki aydan artıqdır ki, avtomobil qəzası nəticəsində komada olan Avropa.info-nun əməkdaşı Sahib İslamovla bağlı bir qrup mətbuat nümayəndələrinin prezident İlham Əliyevə müraciətindən sonra, jurnalistə diqqət artıb.

Bu barədə Avropa.info-ya Sahib İslamovun qardaşı Aqil İslamov məlumat verib. Onun dediyinə görə, bu gün Sahib İslamovun başının tomoqrafiyası təcili olaraq Səhiyyə Nazirliyinə aparılıb. " Sahibin hazırda müalicə olunduğu Musa Nağıyev adına xəstəxanadan bizə bildirdilər ki, qardaşımın ciddi müayinəsi üçün ciddi tapşırıq verilib. Hətta bildirdilər ki, yanvarın 13-də Sahibə baş çəkmək üçün, Səhiyyə Nazirinin müavinlərindən biri xəstəxanaya gələcək. Mən qardaşıma yardım edən bütün hər kəsə təşəkkür edirəm. Jurnalistlərin cənab prezidentə müraciətindən sonra həqiqətən qardaşıma münasibətdə ciddi irəlləyiş var."

Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.

Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ötən ilin dekabrın 30-da bir qrup jurnalist Sahib İslamovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət ediblər.


Teqlər:





Xəbər lenti