Bakıda binada yanğın olub

Bakıda binada yanğın olub
  12 Yanvar 2014    Oxunub:1163
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nərimanov rayonunda dördmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın zamanı 3-cü mərtəbədə tədris otağı, içərisində olan köhnə avadanlıqlar 16 kv.m sahədə və 4-cü mərtəbədə məskunlaşmış köçkünlərin 1 otağının pəncərə cərcivəsi yanıb, istidən 1 ədəd kondisioner əriyib. Yanğınsöndürənlər tərəfindən binadan 30 nəfər təxliyyə olunub.

Təcili Tibbi Yardım Stansiyası tərəfindən 4 nəfər tüstüdən boğulma diaqnozu ilə adiyyəti üzrə aparılıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.


Teqlər:





Xəbər lenti