Bir gecədə 3 ev, 1 maşın yanıb

Bir gecədə 3 ev, 1 maşın yanıb
  11 Yanvar 2014    Oxunub:1033
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Zərdab rayonu, Dəli Quşçu kəndində (rayon mərkəzindən 12 km aralı) ) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Ev əşyaları yanğından mühafizə olunub. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Növbəti yanğış hadisəsi Qax rayonunda qeydə alınıb. Rayonun Böyük Alatəmir kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik, ümumi sahəsi 50 kv.m olan köməkçi tikili və tövlə yanğından mühafizə olunub. Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkir rayonu, Diyərli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin çardagının yanar konstruksiyaları 10 kv.m və içərisinə yığılmış istifadəsiz əşyalar 15 kv.m sahədə yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Biləsuvar rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı yük avtomobilinin mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti