Çörəkbişirmə sexlərində qanun pozuntuları FOTOLARDA

Çörəkbişirmə sexlərində qanun pozuntuları FOTOLARDA
  11 Yanvar 2014    Oxunub:1298
Xaçmazda çörəkbişirmə sexlərində qanun pozuntuları aşkar edilib.
Xaçmazda çörəkbişirmə sexlərində qanun pozuntuları aşkar edilib.

AzVision.az Regional TV-yə istinadən xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlar üzrə Dövlət Nəzarəti Xidmətinin Xaçmaz Ərazi İdarəsinin əməkdaşları rayonda fəaliyyət göstərən iki çörəkbişirmə sexində dövlət nəzarəti həyata keçiriblər.

Fiziki şəxlər - Xaçmaz rayon sakini Azər Həşimov və Ceyhun Səfərova məxsus çörək bişirmə sexlərində bir sıra qanun pozuntuları aşkar edilib. Reyd zamanı müəssisələrdə qanunvericiliyin tələblərinə zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş uyğunluq sertifikatlarının olmadığı, ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçmədən istifadə olunduğu aşkarlanıb.

Dövlət Nəzarəti Xidməti tərəfindən həmin çörəkbişirmə sexlərinə protoktol tərtib olunub.

Hər iki müəssisəni 1500 manatdan 2000 manatadək cərimə gözləyir.

Qalereya




Teqlər:





Xəbər lenti