Sərxoş sürücü maşını "Azdrama"nın pilləkənlərinə dırmaşdırdı

Sərxoş sürücü maşını "Azdrama"nın pilləkənlərinə dırmaşdırdı
  06 Yanvar 2014    Oxunub:1083
Ötən gecə Bakıda sərxoş sürücü qəza törədib. AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Azərbaycan prospekti ilə sürətlə hərəkət edən "Nissan" markalı avtomobilin sürücüsü eyni sürətlə də "5 mərtəbə" dairəsində Mirzağa Əliyev küçəsinə dönmək istəyib. Lakin idarəetməni itirib və maşın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası qarşısındakı pilləkənlərin üstünə çıxıb.

Sürücü qəzadan sonra hadisə yerini tərk edib. Ətrafda qan damcılarının olması onun xəsarət aldığını deməyə əsas verir. Lakin Dövlət Yol Polisi əməkdaşları sürücünün yüngül xəsarət aldığını və sərxoş olduğu üçün qaçdığını ehtimal edirlər. Maşının salonundakı araq şüşəsi də sürücünün sərxoş olması ehtimalını artırır.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti