İkimərtəbəli evdə yanğın

İkimərtəbəli evdə yanğın
  05 Yanvar 2014    Oxunub:1082
Nizami rayonunda ikimərtəbəli evdə yanğın baş verib.
Paytaxtın Nizami rayonunda ümumi sahəsi 265 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə yanğın baş verib.

Hadisə nəticəsində evin 153 kvadratmetr sahəsi yararsız vəziyyətə düşüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a bildiriblər ki, hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti