İntihar anı - ŞOK VİDEO

İntihar anı -  ŞOK VİDEO
  05 Yanvar 2014    Oxunub:1226
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını söyləyib. AzVision.az APA- ya istinadən xəbər verir ki, ətrafdakılar Fövqəladə Hallar Nazirliyinə və polisə məlumat veriblər. Dərhal hadisə yerinə gələn FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər özünü körpüdən atmaq istəyən şəxsi bu fikirdən dönməyə çağırıblar. Lakin, kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb.

Təxminən 20 yaşlarındakı gənc təcili yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, şəxsiyyəti müəyyənləşdirilməyən gəncin həyatını xilas etmək mümkün olmayıb. Üç saylı klinik xətəxanadan bildirilib ki, şəxs naməlum adı ilə qeydiyyata götürülüb, vəziyyəti ağır olduğuna görə, reanimasiya şöbəsinə köçürülüb və orada keçinib. Fövqəladə hallar nazirliyi də baş verən hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb. Şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd edilib. Amma heç bir psixoloji bağlantıya girməyən gənc intihar niyyətini həyata keçirib.

Sabunçu rayon polis idarəsinin müstəntiqi Elçin Hüseynlinin APA TV-yə verdiyi məlumata görə, hələlik özünü atan şəxsin kimliyi araşdırılır. Müstəntiq bildirib ki, meyitin üzərindən götürülən telefon nömrəsi ilə də onun yaxınlarıyla əlaqə saxlamaq mümkün olmayıb. Faktla bağlı aradşdırma aparılır.

18+





Teqlər:





Xəbər lenti